İspaniya La Liqası: “Real” səfərdə böyük hesabla məğlub olub
Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 8-də İspaniya La Liqasının 9-cu turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Mestalya"da "Valensiya" klubu öz meydanında “Real Madrid"i qəbul edib.
Oyunda hesabı qonaqlar 23-cü dəqiqədə açıb. Kərim Benzema fərqlənib. Qalan dəqiqələrdə meydan sahibləri ardıcıl dörd dəfə fərqlənərək böyük hesablı qələbəni təmin ediblər.
“Valesniya”nın heyətində het-trika Karlos Soler imza atıb. Digər qolu Rafael Varan öz qapısına vurub.
Doqquz turdan sonra “Valensiya” 11 xalla 9-cu, “Real Madrid” isə 16 xalla dördüncü yerdə qərarlaşıb.
Madridlilərin əzəli rəqibi “Barselona” ötən gün öz meydanında “Real Betis”i 5:2 hesabı ilə məğlub edib.
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi
“Vilyarreal” isə səfərdə “Xetafe”dən üstün olub - 3:1.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Elçe” - “Selta Viqo” - 1:1;
“Hueska” - “Eybar” - 1:1;
“Sevilya” - “Osasuna” - 1:0;
“Atketiko Madrid” - “Kadiz” - 4:0;
“Real Sosyedad” - “Qranada” - 2:0;
“Levante” - “Deportivo Alaves” - 1:1;
“Real Vallyadolid” - “Atketik Bilbao” - 2:1.