İSPANİYADA TÖRƏDİLMİŞ TERROR AKTI AVROPANI DƏHŞƏTƏ GƏTİRMİŞDİR
“Silahsız, dinc, mülki əhaliyə qarşı sui-qəsd və kütləvi qırğın törədənlərə heç kimin bəraət qazandırmağa haqqı yoxdur. Biz hamımız bu terrorun qurbanıyıq”, - deyən Avropa Komissiyasının sədri Romano Prodi isə Avropa Birliyinə üzv ölkələrin dövlət bayraqlarının matəm münasibətilə endirilməsi barədə sərəncam vermişdir.
İspaniyada törədilmiş dəhşətli terror aktı Almaniyada da hiddət və narahatlıqla qarşılanmışdır. Hökumətin qərarı ilə martın 12-dən başlayaraq, hava limanlarında olduğu kimi, dəmir yol vağzallarında da təhlükəsizlik tədbirləri gücləndirilmişdir və ciddi yoxlama aparılır.