İSPANİYANIN İŞ ADAMLARI BAKIYA GƏLİRLƏR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İspaniyanın Ankaradakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən səfərdən məqsəd iki ölkənin iş adamları arasında əməkdaşlıq əlaqələri yaratmaqdır.
İspaniya iş adamlarının tərkibinə 5 şirkətin - kənd təsərrüfatı, xarici ticarət, telekommunikasiya, tikinti materialları və qida sənayesində çalışan mütəxəssislər daxildirlər.
Azərbaycan və İspaniya iş adamlarının ilk görüşü sentyabrın 18-də Avropa otelində keçiriləcəkdir. Səfər çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İspaniya İşəgötürənlər Konfederasiyası arasında memorandum imzalanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]