İSTANBUL BANKLARINA BASQIN EDİLMİŞDİR
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, iyulun 16-da naməlum şəxslər “İşbankası”nın İstanbulun Fatih rayonundakı bölməsinə basqın edərək, oraya partlayıcı maddə ilə dolu şüşə qablar atmışlar. Binada baş vermiş yanğın yaxınlıqdakı evlərin sakinlərinin köməyi ilə söndürülmüşdür. Banka maddi ziyan dəymişdir. Basqınçılar hadisə yerindən qaçmışlar. Demək olar, eyni vaxtda İstanbulun Zeytunburnu rayonunda Türkiyənin digər maliyyə qurumuna - “Oyakbank”a məxsus inkassator maşını yandırılmışdır. Cinayətkarlar buradan da maneəsiz qaça bilmişlər. Istanbulun təhlükəsizlik idarəsi bu terror əməllərini törədən şəxsləri yaxalamaq üçün tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]