İstanbulda QDİƏT PM-in işçi qrupunun toplantısı keçirilir
Bakı, 1 mart, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Eldar Quliyev Türkiyənin İstanbul şəhərində səfərdədir.
AZƏRTAC xəbər verir ki, deputat QDİƏT PM-in işçi qrupunun görüşündə iştirak edir.
Nümayəndə heyətinin rəhbəri qurumun daimi komitəsinin iclasına da qatılacaq.
İşçi qrupun toplantısında qurumun prosedur qaydalarına təklif olunan düzəlişlər, Beynəlxalq Katibliyin işçi heyətinin tərkibində dəyişikliklər, maliyyə məsələləri müzakirə olunacaq.
Daimi komitənin iclasında isə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]