İstanbulda Türkiyənin Milli Kəşfiyyat Agentliyinin yeni binası istifadəyə verilib
İstanbul, 26 iyul, AZƏRTAC
İyulun 26-da Türkiyənin Milli Kəşfiyyat Agentliyinin (MİT) İstanbuldakı bölgə idarəsinin yeni binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan binanın açılış mərasimində iştirak edib.
Mərasimdə çıxışı zamanı agentliyin qərargah binasının keçən ilin yanvar ayında açıldığını xatırladan Türkiyə Prezidenti Milli Kəşfiyyat Agentliyini Türkiyənin ən əhəmiyyətli milli qurumlarından biri adlandırıb. Rəcəb Tayyib Ərdoğan agentliyin əməkdaşlarının nümayiş etdirdiyi fədakar mübarizədən, son zamanlar keçdiyi keşməkeşli yoldan danışıb.
Prezident son illər İstanbulun yalnız Türkiyənin deyil, dünyanın da mərkəzi halına gəldiyini, burada atılan hər addımın dünya ölkələrinin diqqət mərkəzində olduğunu vurğulayıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]