İstanbulda yaşayış binası çöküb
İstanbul, 27 iyun, AZƏRTAC
İstanbulun Sarıyer rayonunda 11 mərtəbəli yaşayış binası çöküb.
AZƏRTAC xəbər verir ki, bina iki il əvvəl çökmə ehtimalına qarşı boşaldılıb.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Tikilinin yaxınlığındakı dayanacaqdakı üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə çox sayda mütəxəssis cəlb olunub. Hazırda ətraf binalara dəyən zərər araşdırılır.
Bölgəyə gələn Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc adıgedən binanın 2019-cu ildə boşaldıldığını, sökülməsi üçün son sənədləşdirmə işlərinin aparıldığını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]