İDMAN
İstənilən halda Vladimir Kliçko dekabrın 10-da döyüşəcək
Kiyev, 17 oktyabr, AZƏRTAC
Super ağır çəkidə sabiq dünya çempionu Vladimir Kliçko bu ilin sonuna qədər döyüşəcək və Entoni Coşuanın komandası ilə danışıqların necə başa çatmasından asılı olmayaraq dekabrın 10-da rinqə çıxacaq. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu boksçunun meneceri Bernd Bönte bəyan edib.
B.Bönte V.Kliçkonun ötən il Tayson Fyuriyə uduzduğu və lap bu yaxınlarda vakant olmuş WBA, WBO и IBO titulları uğrunda mübarizə aparmaq niyyətini də vurğulayıb. Amma təşkilatlar hələlik bu məsələ ilə bağlı qəti qərar qəbul etməyiblər.
V.Kliçkonun keçirəcəyi döyüşün yeri də E.Coşua ilə danışıqların nəticəsindən asılı olacaq. Tərəflər razılığa gəlsələr, görüş İngiltərənin Mançester şəhərində keçiriləcək. Hər hansı səbəbdən razılıq əldə olunmasa, Vladimir Kliçko Almaniyanın Hamburq şəhərində rinqə çıxacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev