İSTİFADƏYƏ YARARSIZ SİQARET GƏTİRƏN ŞƏXS HƏBS OLUNMUŞDUR
DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun rəyinə görə, ekspertizaya təqdim edilmiş ağ “Yava”, “Yava Zolotaya” siqaretlərinin xeyli hissəsi istifadəyə yararsızdır.
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi tərəfindən faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci və 213-1.2.1 maddələri ilə cinayət işi başlanılmış, zəruri istintaq hərəkətləri yerinə yetirildikdən sonra şübhəli şəxs qismində saxlanılan Allahverdiyev Gündüz Fəxrəddin oğlu barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Fakt üzrə istintaq aparılır.