İstiqlal Muzeyində “Unutmadıq, xatırladırıq, yaşadırıq” adlı sərgi açılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan İstiqlal Muzeyində xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisəsinin 33-cü ildönümü ilə əlaqədar “Unutmadıq, xatırladırıq, yaşadırıq” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyi olan 20 Yanvar hadisələrinin daha dərindən öyrənilməsi məqsədilə təşkil olunan tədbirdə Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən bəhs edilib.
Qeyd edək ki, tədbirdə AYTAM Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin və Respublika Uşaq-Gənclər İnkişaf mərkəzinin istedadlı üzvləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Sonda tədbir iştirakçıları muzeyin fondlarında qorunub saxlanılan, şəhidlərə məxsus şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.