İsveçdə yaşayan soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
Stokholm, 19 dekabr, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın İsveçdəki səfirliyi Vestra Yötaland regionunda yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfirliyin əməkdaşları İsveçin ikinci ən böyük şəhərinin yerləşdiyi Vestra Yötaland regionunda yaşayan soydaşlarımızla görüşərək onları maraqlandıran konsulluq məsələləri ilə bağlı çoxsaylı suallara cavab verməklə yanaşı, mövcud problemlər ilə bağlı maraqlanıb, müxtəlif həll yolları təklif ediblər.
Görüşdə həmyerlilərimizə konsulluq xidmətləri həyata keçirməklə yanaşı, onlara lazım olan sənədlər təqdim edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm