İsveçin “Volvo” avtokonserni dünyada özünün 4.100 əməkdaşını işdən azad etməyi planlaşdırır
Stokholm, 17 iyun, AZƏRTAC
İsveçin “Volvo” avtokonserni dünyada özünün 4.100 əməkdaşını işdən azad etməyi planlaşdırır.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, koronavirus pandemiyası nəticəsində yaranmış böhranla əlaqədar “Volvo” avtokonserni bütün dünyada özünün muzdlu işçilərinin sayını 4.100 nəfər, o cümlədən İsveçdəki işçilərin sayını təqribən 1.250 nəfər azaltmağı planlaşdırır.
“Volvo Group”un prezidenti və baş direktoru Martin Lundştedt xüsusi press-relizində bildirib: “Koronavirus pandemiyası və ona qarşı mübarizə üzrə qlobal tədbirlərlə əlaqədar bazarda yaranmış vəziyyət bizim sahəyə ciddi təsir göstərir. Gələcəkdə bizim məhsullara tələbat səviyyəsinin azalacağı gözlənilir. Ona görə də biz öz şirkətimizin müvafiq qaydada adaptasiyası ilə bağlı tədbirləri davam etdirməliyik. Paralel olaraq biz yeni texnologiyaların və biznes-modellərin mənimsənilməsini sürətləndirəcəyik”.
Xatırladaq ki, bu şirkət işini itirmiş əməkdaşların hüquqlarını təmin etmək üçün həmkarlar ittifaqları ilə danışıqlar aparır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]