İsveçrədə anti-COVID qanununun müddətinin uzadılması ilə bağlı referendum keçiriləcək
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də İsveçrədə anti-COVID qanununun müddətinin uzadılması ilə bağlı referendum keçiriləcək.
Sənəd bu xəstəliyə qarşı dərman vasitələrinin ölkəyə idxalının davam etdirilməsi və zəruri hallarda peyvənd sertifikatlarının verilməsi üçün hüquqi əsas yaradır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, İsveçrə vətəndaşları ümummilli referendumda ölkənin COVID-19 ilə mübarizə aparmaq üçün qanuna ehtiyac olub-olmaması ilə bağlı səs verəcəklər, çünki xəstəlik artıq beynəlxalq fövqəladə hal deyil.
Həmçinin səsvermə bülletenində iqlimi qorumaq məqsədilə evləri qızdırmaq üçün çirkləndirici enerji mənbələrini mərhələli şəkildə ləğv edən qanunlar və hökumətin iri transmilli korporasiyalara ən azı 15 faiz vergi tətbiq etmək planı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]