İtaliya A Seriyası: "Yuventus"un 17 oyunluq məğlubiyyətsizliyi davam edir
Bakı 23 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 22-də İtaliya A Seriyasında 17-ci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Turində oynanılıb. Son çempion “Yuventus” “Roma” klubunu qəbul edib. Görüş turinlilərin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0).
"Qoca sinyora"nın heyətində yeganə qolun müəllifi 35-ci dəqiqədə Mario Madzukiç olub. Bu qələbədən sonra xalların sayini 47-ə çatdıran "Yuventus" turnir cədvəlində liderliyini davam etdirir, paytaxt təmsilçisi isə 24 xalla 10-cü yerdə qərarlaşıb.
Beləliklə, "Yuventus"un 17 oyunluq məğlubiyyətsizlik seriyası davam edir.
Turun digər maraq doğuran oyunu Mialndaki "San Siro" stadionunda reallaşıb. "Fiorentino" klubu cari mövsümün iddialı klubu "Milan" komandasının qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Fiorentino"nun qələbəsi ilə başa çatıb (1:0).
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Lazio" - "Kalyari" - 3:1,
"Empoli" - "Sampdoriya" - 2:4,
"Genoa" - "Atalanta" - 3:1,
"Napoli" - SPAL - 1:0,
"Sassuolo" - "Torino - 1:1,
"Udineze" - "Frosinone" - 1:1,
"Kievo" - "İnter" - 1:1,
"Parma" - "Bolonya" - 0:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]