İtaliya A Seriyası: “Napoli” səfərdə “Roma”nı böyük hesabla məğlub edib
Bakı, 31 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 31-də İtaliya A Seriyasının 29-cu turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, "Olimpiko" stadionunda baş tutan görüşdə "Roma" doğma azarkeşlər önündə "Napoli" komandasını qəbul edib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Neapolluların həyətində Arek Milik (2), Dris Mertens (50), Simone Verdi (54) və Amin Younes (81) fərqləniblər. "Roma"ın həyətində isə təsəlli qola Dieqo Perotti (45) imza atıb.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Parma"-"Atalanta" - 1:3;
"Fiorentino"-"Torino" - 1:1;
"Frosinone"- SPAL - 0:1.