İtaliya klubu “Bavariya”nın 13 illik uğurlu seriyasına son qoyub
Bakı, 15 fevral, AZƏRTAC
Almaniyanın “Bavariya” klubu 13 ildən sonra ilk dəfə avrokuboklarda İtaliya klubuna məğlub olub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, münhenlilər ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya 0:1 hesabı ilə uduzub.
Bundesliqa nəhəngi sonuncu dəfə 2011-ci ilin mart ayında avrokuboklarda İtaliya təmsilçisi ilə bacarmayıb. Münhenlilər həmin vaxt Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “İnter”lə dueldən məğlub ayrılıb - 2:3.
Qeyd edək ki, “Bavariya” “Latsio” ilə cavab görüşünü martın 5-də keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]