Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya mətbuatında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

İtaliya mətbuatında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Roma, 22 fevral, AZƏRTAC

İtaliyanın “La Voce Repubblicana” onlayn qəzetinin 19 fevral buraxılışında jurnalist Paolo Kirafisinin müəllifliyi ilə “Geosiyasi dialoqlar. Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə söhbət” başlığı altında geniş müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, M.Əhmədzadə müsahibəsində ölkəmizin geostrateji mövqeyi, regional liderliyi, hazırda istər Şərq-Qərb, istərsə də Cənub-Şimal dəhlizlərinin kəsişməsində mühüm körpü olduğunu bildirib. Azərbaycanın, həmçinin zəngin təbii ehtiyatlara, böyük iqtisadi potensiala malik olduğunu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib strateji enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu, bu layihələrin bütün iştirakçı ölkələrin sabitliyi, inkişafı və əməkdaşlığı üçün mühüm rola malik olduğunu qeyd edib.

Müsahibəsində azərbaycanlı diplomat 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına son qoyulduğu, işğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən bütün infrastrukturun məhv edildiyi və Azərbaycan xalqının tarixi və mədəni irsinin talan edildiyi və yerlə-yeksan edildiyini bildirib. Həmin ərazilərdə infrastrukturun bərpası və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün lazımi şəraiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını deyən diplomat Prezident İlham Əliyevin "Qarabağı cənnətə çevirəcəyik" fikirlərinə istinad edib.

Diplomat qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi, lakin ədalətin tam təmin olunması üçün torpaqlarımızın işğalı zamanı, habelə 29-cu ildönümü 26 fevralda anılacaq Xocalı soyqırımı zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin səbəbkarlarının məsuliyyətə cəlb olunması, eləcə də son hərbi əməliyyatlarda kasetli bombalarla Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər yaşayış məntəqələrinə hücumlar edərək 100-dən çox mülki şəxsin ölümünə və 420-dən çox mülki şəxsin yaralanmasına səbəb olmuş hücumların qınanılması vacibdir. Çünki cəzasızlıq yeni cinayətlərə yol açır.

M.Əhmədzadə uzun ayrılıqdan sonra Şuşamıza qovuşmağın necə bir hiss olduğunu sözlə ifadə etməyin çox çətin olduğunu, Şuşanın Azərbaycan xalqı üçün mənəvi və milli qürur məsələsi olduğunu, Azərbaycanın tarixi və mədəni irsinin ən çox cəmləşdiyi mərkəzlərimizdən biri olduğunu, işğal zamanı bu irsin məhv edildiyi və onun mənşəyinin dəyişdirilməsinə cəhd edildiyini deyib. Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib, böyük bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəticəsində şəhər tezliklə əvvəlki görkəminə qaytarılacaqdır. “Bu ərazilərin Ermənistan tərəfindən 30 illik işğalı zamanı məhv edilməsi Ermənistan tərəfindən işğalın etirafıdır. Bu ərazilər tarixən mənsub olduğu Azərbaycan tərəfindən azad edildi və ölkəm bu əraziləri işğaldan əvvəl olduğundan daha gözəl vəziyyətə gətirəcəkdir. İşğalçı dövlət ilə torpağın həqiqətən mənsub olduğu dövlət arasındakı fərq budur”, - deyə diplomat bildirib.

M.Əhmədzadə, həmçinin Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regionda yaxşı qonşuluq siyasətini təşviq etdiyini və əsas qlobal oyunçularla möhkəm əlaqələr saxladığını, xarici siyasətimizin əsasında milli maraqlarımızın qorunmasının dayandığını bildirib. Azərbaycanın İtaliya da daxil olmaqla Aİ üzvlərinin təxminən 1/3 hissəsi ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını, Asiya ölkələri ilə əlaqələri inkişaf etdirdiyini, İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin fəal rola malik olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, beynəlxalq hüquqa, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın digər ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərinin əsasını təşkil edir.

Jurnalistin Azərbaycanın İsrail ilə münasibətlərinə və ölkəmizdə mövcud olan yəhudi icmasına dair sualını cavablandıran diplomat ölkəmizin İsrail ilə yaxın əlaqələrə malik olduğunu və bu əlaqələrin siyasi, iqtisadi, texnologiya, səhiyyə kimi bütün sahələri əhatə etdiyini bildirib. Əlavə edib ki, Azərbaycanın multikulturalizm modeli kontekstində yəhudi icmasının əhəmiyyətli rolu vardır, bu icma ölkəmizdə uzun tarixə malikdir və ölkəmizin inkişafına töhfələr vermişdir. Yəhudi icmasının ölkəmizin müxtəlif bölgələrində yerləşən çox sayda sinaqoqlar, mədəniyyət mərkəzləri və məktəblərdən ibarət və Azərbaycan dövlətinin xüsusi diqqətində olan zəngin mədəni irsə malik olduğunu, Azərbaycandakı yəhudi icmasının, xüsusən dağ yəhudilərinin əsas mərkəzlərindən biri olan Quba rayonundakı Qırmızı Qəsəbənin Azərbaycanda müxtəlif dinlərin dinc şəkildə yanaşı yaşamasının təzahürü olduğunu deyib.

Diplomat müsahibəsində Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlıqdan, Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ilin fevral ayında tarixi dövlət səfərinin və bu səfər zamanı “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının bu tərəfdaşlığın daha da güclənməsinə təkan verdiyindən danışıb. “Tərəfdaşlığımız siyasi sahədə çox dinamikdir: bu baxımdan xatırlatmaq istərdim ki, Avropa ölkələri arasından məhz ilk olaraq İtaliyadan həm parlament, həm də hökumət nümayəndə heyətləri ötən ilin dekabrında müharibədən sonra ölkəmizə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə səfər etmişlər”, - deyə diplomat bildirib.

İqtisadi sahəyə gəldikdə isə İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanın uzun illərdir ki, İtaliya üçün əsas xam neft təchizatçısı olduğunu və bu yaxınlarda Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP-ın fəaliyyətə başlaması ilə İtaliyaya qaz tədarükçüsünə çevrildiyini, bu layihənin İtaliyanı Avropa üçün mühüm enerji mərkəzinə çevirdiyini, həm də Azərbaycanın İtaliya ilə tərəfdaşlığı və bütün Avropa qitəsi ilə münasibətləri üçün mühüm bir uğur olduğunu vurğulayıb.

Diplomat iki ölkə arasında humanitar sahələrdə də sıx gündəliyin olduğunu, İtaliyada Azərbaycan həqiqətlərinin və mədəniyyətinin tanıdılması üçün çoxsaylı tədbirlərin, konsert, sərgi, ənənəvi kino və mətbəx festivallarının keçirildiyini, kitabların dərc edildiyini, bu çətin pandemiya mərhələsi bitdikdən sonra yenidən tədbirlərin təşkilinə davam ediləcəyini bildirib. Hazırda isə təhsil sahəsində ortaq təşəbbüs olan Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması üzərində iş aparıldığını və ölkələrimizi uzun illər bir-birinə bağlayacaq bu layihənin çoxölçülü strateji tərəfdaşlığımızın gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Laçındakı Ağoğlan monastırı Alban-Udi icmasının üzvləri tərəfindən ziyarət olunub

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI