İtaliyada anomal istilər səbəbindən iki nəfər ölüb
Roma, 2 iyul, AZƏRTAC
İtaliyada Afrika antisiklonunun güclənməsi ilə müşahidə olunan qızmar isti səbəbindən iki nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Palermo və Bolonyada 53 və 47 yaşlarında iki nəfər həddindən artıq istinin təsirindən vəfat edib. Viçenzada isə iki nəfərin günvurmadan xəstəxanaya yerləşdirildiyi və birinin komada olduğu bildirilib.
Səhiyyə Nazirliyi 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Müxtəlif bölgələrdə havanın temperaturu 40 dərəcədən yüksəkdir. Ölkə üzrə xəstələnənlər və fövqəladə xidmətlərə günvurma şikayəti ilə müraciət edənlərin sayı da artmaqdadır.
Florensiya və Berqamo şəhərlərində isə elektrik istehlakının artması və istilər səbəbindən kabellərin həddindən artıq qızması, hər iki şəhərdə elektrik enerjisinin bir müddət kəsilməsinə səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]