İtaliyada aviasiya işçiləri tətil ediblər
Roma, 9 sentyabr, AZƏRTAC
İtaliyada aviasiya sənayesinin işçi heyəti milli tətil edib.
AZƏRTAC xəbər verir ki, aviasiya sənayesindəki həmkarlar ittifaqlarının çağırışı ilə tətil edən işçilər kollektiv müqavilələrinin yenilənməsini, əmək haqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Birgünlük tətil səbəbindən hava nəqliyyatında fasilələr və aeroportlarda sıxlıq yaranıb, bu vəziyyət sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.
Paytaxt Romadakı “Fiumicino” beynəlxalq hava limanında 30-dək daxili aviareys, ölkənin ikinci ən böyük şəhəri Milandakı “Malpensa” hava limanında 60, “Linate” aeroportunda 20, eləcə də Venesiyadakı “Marko Polo” hava limanında 65, Florensiya aeroportunda 40-dək, Pisa, Kataniya, Palermo, Bari və Brindisidəki hava limanlarında isə onlarla aviareys ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]