İtaliyada bir milyondan çox nəfər testdən keçirilib
Roma, 25 aprel, AZƏRTAC
İtaliya Səhiyyə Nazirliyinin göstərişi ilə bir milyondan çox nəfəri koronavirusun aşkarlanmasına yönəlmiş testdən keçirilib.
AZƏRTAC xəbər verir ki, boğazdan alınmış biomaterialda bu virusun genetik xüsusiyyətləri araşdırılır. İtaliyada 60 milyon insan yaşayır, sözügedən testin iyunun ortalarınadək yekunlaşması planlaşdırılır.
İndiyədək koronavirus İtaliyada 25 mindən çox insanın ölümünə səbəb olub. Ölənlərin böyük əksəriyyəti Lombardiya vilayətinin payına düşüb. Nisbətən az ölü sayı Romanın da tərkibində olduğu Latsio vilayətindədir.
İtaliya Mülki Müdafiə Xidmətinin açıqlamasında qeyd olunur ki, ölkə üzrə aktiv yoluxma sayı son 4 gündə azalmaqda davam edir. Dünən ilk dəfə olaraq sağalma sayı yoluxma sayını üstələyərək 3033 nəfər təşkil edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
RF Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]