İtaliyada dəmir yolu işçiləri tətil edirlər
Roma, 23 fevral, AZƏRTAC
İtaliyanın “FS Italiane” milli dövlət dəmir yolu holdinqinin “FS Group”, “Trenitalia”, “Trenitalia Tper” və “Trenord” şirkətlərinin işçiləri 24 saatlıq milli tətil edirlər.
AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri fevralın 22-də axşam saat 21:00-dan bazar günü saat 21:00-dək tətil ediblər.
Tətil ölkə üzrə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatar reysləri ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Sərnişinlərə stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək və mümkün olduqda səfərlərin vaxtını dəyişdirmək tövsiyə edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]