İtaliyada orduya daha 30-40 min hərbçi cəlb olunacaq
Roma, 9 mart, AZƏRTAC
İtaliya ordusuna daha 30-40 min hərbçinin cəlb edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu addım ölkənin müdafiə qabiliyyətini artırmaq və ordunu gücləndirmək məqsədilə atılır. İtaliyanın Baş Qərargahı orduda şəxsi heyətin sayının üçdəbirdən çox artırılmaqla təxminən 135 min nəfərə çatdırılmasına dair milli təhlükəsizlik planı üzərində işləyir. Bu prosesin 5-8 il arasında həyata keçiriləcəyi bildirilir.
Bundan başqa, yerli media BMT olmadan da Türkiyənin başçılıq etdiyi və qeyri-Avropalı aktorların güclü iştirakı ilə Ukraynada böyük beynəlxalq missiyada İtaliyanın iştirakının nəzərdən keçirildiyini yazır. Qeyd olunur ki, bu, yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra missiya münaqişənin hər iki tərəfi tərəfindən qəbul edildiyi təqdirdə mümkün ola bilər.
Rəsmi Roma daha əvvəl isə yalnız BMT-nin çətiri altında sülhməramlı missiyanın bir hissəsi ola biləcəyini bəyan etmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]