İtaliyada peyvəndin vurduğu zərərə görə təzminat ödənilə bilər
Roma, 13 yanvar, AZƏRTAC
Peyvənd maddələri insan bədənində yan təsirlərə səbəb olarsa və ya sağlamlığa zərər vurarsa, o zaman dövlət tərəfindən həmin şəxsə təzminat ödənməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri İtaliya Konstitusiya Məhkəməsinin Prezidenti Ciankarlo Koraccio səsləndirib. O bildirib ki, dövlətin təzminat öhdəliyi təkcə icbari peyvəndlərə deyil, eyni zamanda, dövlət tərəfindən tövsiyə olunan könüllü peyvəndlərə (məsələn, koronavirus əleyhinə peyvəndlərə) də şamil olunmalıdır.
Konstitusiya Məhkəməsinin dəyərləndirməsinə görə, ölkədə icbari peyvəndlərin tətbiqi qanuniləşdirilə bilər. C.Koraccio qeyd edib ki, belə bir addım vətəndaş azadlıqlarına ciddi müdaxilə olduğuna və onu məhdudlaşdırdığına görə, qanunverici orqanlar koronavirus əleyhinə peyvəndləri də bu sıraya aid edilməsini geniş müzakirə etməlidir. Ötən il dekabrın 27-dən ölkədə həyata keçirilən koronavirus əleyhinə vaksinasiya kampaniyası (hələlik) könüllülük prinsipi əsasında aparılır.
Kampaniya başlayandan indiyədək İtaliyada 7550 mindən çox insana peyvənd vurulub və bununla da İtaliya Aİ ölkələri arasında öncül yerlərdən birini tutur. Ölkə mediasında əhali arasında peyvəndə marağı artırmaq üçün müxtəlif təkliflər yer alır, onlar arasında icbarilik və dəymiş zərərə görə təzminat ən çox müzakirə olunan mövzulardır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]