İtaliyanın Sardiniya adasında 20 meşə yanğını baş verib
Roma, 15 iyul, AZƏRTAC
İtaliyanın Sardiniya adasında gün ərzində müxtəlif bölgələrdə daha 20 meşə yanğını qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, alovun söndürülməsinə mülki müdafiə qüvvələri, regional və milli donanmanın helikopterləri və təyyarələri cəlb olunub. Medio Kampidano bölgəsindəki Barumini kəndində yanğın daha geniş əraziyə yayılıb. Sindiya bölgəsinin Nuoro qəsəbəsində isə yanğın hələ də davam edir.
Qeyd edək ki, adada şənbə günü 30 meşə yanğını qeydə alınmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]