ITC GROUP MMC ÖZ SATIŞ ŞƏBƏKƏSİNİN DİLERLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da “Park İNN” mehmanxanasında “MobiTel” ticarət nişanı altında “Nokia” mobil telefonlarının və xidmətlərinin satışını həyata keçirən ITC Group MMC öz satış şəbəkəsinin dilerləri ilə görüşmüşdür.
“Bəs sizin “Nokia” “MobiTel”dəndirmi?” şüarı altında keçirilən tədbirdə “Nokia” telefonu almaq istəyənlərə və ya belə telefonu olanlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün nəzərdə tutulmuş tədbirlər, əlavə imkanlar barədə məlumat verilmişdir.