İXRACATA YARDIM FONDUNUN YARADILMASINA BAŞLANMIŞDIR
Azərbaycanda İxracata Yardım Fondunun yaradılmasına başlanmışdır. İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkə iqtisadiyyatının ixrac potensialının artırılmasına xidmət edəcək bu qurumla bağlı iş üç mərhələdə aparılacaqdır. Birinci mərhələdə Azərbaycan iqtisadiyyatının ixracyönümlü sektorları müəyyənləşdiriləcək, ikinci mərhələdə həmin sahələrin maliyyə və sərmayə təminatı həyata keçiriləcək, üçüncü mərhələdə isə seçilmiş sahələrdə istehsal olunmuş məhsulların və göstərilən xidmətlərin dünya bazarına çatdırılması üçün marketinq şəbəkəsi yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]