İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-si Ümumdünya Fotoqraflar Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün ilk fotoşəklin çəkilməsi ilə bağlıdır. 1826-cı il iyul ayının 12-də Jozef Nisefor Nyeps "Pəncərədən La-Qrassın mənzərəsi" adlı ilk foto çəkib. 8 saat ərzində çəkilən həmin foto o dövr üçün böyük kəşf hesab edilib.
1839-cu ildə isə Lui Jak Mande Daqer tərəfindən Paris Sənətkar Akademiyasında fotoqrafiya üsulu təqdim olunub. Bu da fotoqrafiya sənətinin inkişafına təkan verib.
Araşdırmalara əsasən, ilk azərbaycanlı fotoqraf 1880-1910-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasov olub. Onun fotolarının orijinalları tapılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]