JİRİNOVSKİ ATASININ QƏBRİNİ TAPDI
Jirinovski öz ailəsi barədə ilk dəfə təfərrüatı ilə danışmışdır. Atası Volf İsxakoviç Edelşteyn 1907-ci ildə Rusiya imperiyası ərazisində, Rovno vilayətindəki Kostopol şəhərində doğulmuşdur. Lakin 1920-ci ildə bu şəhər Polşanın tərkibinə daxil olmuş, buna görə də 1946-cı ildə Polşa vətəndaşı kimi onu Varşavaya deportasiya etmişlər. O, 1949-cu ildə İsrailə köçmüş və 1983-cü ildə burada dünyasını dəyişmişdir.
Jirinovski atasının hüquqşünas olduğu barədə uydurmalara da aydınlıq gətirmişdir. O demişdir: “1932-ci ildə o, Qrenobl Universitetinin (Fransa) hüquq fakültəsini bitirib. Bunun əsasında anamla mən belə qənaətə gəldik ki, o, hüquqşünasdır. Amma, demə, həmin fakültənin daxilində kommersiya institutu da varmış. Atam burada oxuyub. O, birinci təhsilinə görə kommersant, ikinci təhsilinə görə isə aqronomdur. İsraildə o, xaricdən kənd təsərrüfatı texnikası alan firmada işləyirdi”.
RLDP-nin lideri əmindir ki, bu, Rusiya kəndlilərinin səslərini öz partiyasına cəlb etməyə imkan yaradacaqdır.