Jose Kallejon: “Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər
Roma, 27 dekabr, AZƏRTAC
“Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər.
Bu sözləri İtaliyanın “Napoli” futbol klubunun hücumçusu Jose Kallejon deyib. Onun sözlərinə görə, hazırda A seriyasının turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Napoli” cədvəlin lideri olan “İnter”dən cəmi bir xal geridədir.
Jose Kallejon deyib: “Əsas odur ki, komandamızın azarkeşləri bizim oyun tərzimizdən həzz alırlar. “Napoli”nin oyunçuları güclü olduqlarına əmindirlər və A seriyasının turnir cədvəlində tarix yazmaq niyyətindədirlər. Rəqiblərimizə hörmətlə yanaşırıq, lakin onlardan qorxmuruq. Neapolda özümü yaxşı hiss edirəm. Çünki məni burada sevirlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]