Joze Alesio Da Silva: Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi haqqında fikirlərini bildirərkən deyib.
Bildirib ki, Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Bu, onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı olacaq.
Mütəxəssis qeyd edib: “İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla bərabər səviyyədə mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi “D” qrupunda İspaniya və Fransa yığmaları ilə qarşılaşacaq. On iki milli komandanın iştirak edəcəyi Avropa çempionatının final mərhələsinin oyunları yanvarın 30-dan fevralın 10-dək Lyublyanadakı “Stojitse Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]