Kadıköydə qatar stansiyasında arxeoloji qazıntılar zamanı əhəmiyyətli tarixi əsərlər aşkarlanıb
İstanbul, 15 dekabr, AZƏRTAC
İstanbulun Kadıköy rayonunda yerləşən Haydarpaşa qatar stansiyasında əhəmiyyətli tarixi əsərlər aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu tarixi əsərlər 2018-ci ildən etibarən davam edən arxeoloji qazıntıların aparıldığı bölgədə tapılıb. İstanbulun, xüsusilə Kadıköy rayonunun tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb edəcək bu əsərlər qatar stansiyasının platforma hissəsinin altında aşkarlanıb. Stansiyanın böyük sahəsini əhatə edən tapıntılar arasında kütləvi məzarlığın da olduğu bildirilir.
Arxeoloqlar indiyədək bənzəri görülməyən bu tapıntının kilsəyə oxşamadığını, lakin buranın vaxtilə müqəddəs və dini məqsədlər üçün istifadə olunduğunu ehtimal edirlər. Bildirilib ki, tikilinin əsas hissəsini mərmər bloklardan ibarət döşəmə təşkil edir. Mərmərin altında isə bir məzar otağı və ətrafında kütləvi məzarlıqlar yerləşir. Tapıntılar arasında miladdan əvvəl VII əsrə aid 18 minə yaxın sikkənin olduğu da bildirilir.
Qazıntılar zamanı XII əsrə aid bəzi əsərlər də aşkar edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]