Kallas: Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır
Bakı, 14 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
Jurnalistlərin yeni sanksiyalar paketində Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünə qadağanın daxil olub-olmayacağı ilə bağlı sualına Kallas belə cavab verib: "Müzakirələr davam edir, lakin siz bilirsiniz ki, sanksiyaların tətbiqi üçün 27 ölkənin hamısının razılığı lazımdır. Mənim fikrimcə, mümkün olan ən güclü sanksiyalar paketini tətbiq etmək lazımdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]