“KAPELLHAUS”DA BƏSTƏKAR TOFİQ BAKIXANOVUN MÜƏLLİF KONSERTİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində görkəmli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun Şərq musiqisi silsiləsindən müəllif konserti olmuşdur. Proqrama bəstəkarın Türkiyə, İran, ərəb ölkələri, Şimali Kipr Türk Respublikası, Azərbaycan xalq musiqisi əsasında yazılmış əsərlər daxil edilmişdi.
Konsertdə, həmçinin Edimburq Universitetinin professoru, şair Qulamrza Səbri Təbrizinin sözlərinə yazılmış mahnı və romanslar ilk dəfə ifa olunmuşdur.
Müğənni Hüsniyyə Məhərrəmovanın ifa etdiyi mahnı və romansları musiqisevərlər hərarətlə qarşılamışlar. Müğənnini skripkada Lalə Həsənova, fortepianoda isə Fəridə Əhmədbəyova və Kəmalə Mirbabayeva müşayiət etmişlər.
Yaxın Şərq ölkələrinin Bakıdakı səfirləri, diplomatlar və digər rəsmi şəxslər konsertdə iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]