KAPELLO “YUVENTUS”U TƏRK EDİR
İtaliya futbolunda korrupsiya faktları ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan istintaqın sonunu gözləməyərək, “Qoca sinyora”nın bütün ulduzları klubdan uzaqlaşmaq istəyirlər. Təkcə komandanın kapitanı Alessandro Del Pyero klubu tərk etməyəcəyini bildirmişdir.
Madridin “Real” klubunun rəhbərliyi isə F.Kapellonun yenidən ispan komandasına qayıdacağını bəyan etmişdir. Verilən məlumata görə, “Yuventus”un əsas oyunçularından Kannavaro və Zambrotta da Madridə gələcəklər. Emersonun və İbrahimoviçin də onların ardınca gedəcəyi ehtimal olunur. Artıq Trezege, Vieyra və Türam da klubdan getməyə hazırlaşırlar.
“Yuventus”un rəhbərliyi komandanın yeni baş məşqçisi kimi “Sampdoriya” klubundan Valter Novellinonu görür. F.Kapello isə öz yerinə Roberto Donadoninin namizədliyini daha real sayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]