Karantin rejimini pozan şəxs inzibati qaydada həbs edilib
Bakı, 23 aprel, AZƏRTAC
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti - 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.
Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]