Karateçilərimiz Çində Premyer Liqa yarışlarında qüvvələrini sınayacaqlar
Bakı, 3 iyun, AZƏRTAC
Dünyanın güclü karateçiləri daha bir ciddi yarış ərəfəsindədirlər. Mövsümün dördüncü Karate 1 Premyer Liqası Çinin Şanxay şəhərində iyunun 7-9-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) təmsil edəcəklər.
Rafael Ağayev (75 kq) zədəli olduğundan Şanxay Premyer Liqa yarışından azad edilib.
Qeyd edək ki, idmançı bir-birinin ardınca iki döyüşdə aldığı zədə səbəbindən mayda İstanbulda keçirilən Karate 1 Seria A turnirində 5-ci görüşü yarımçıq dayandırmalı olub.
Şanxay Premyer Liqa turnirində 80-ə yaxın ölkədən 500-dən yuxarı karateçi iştirakını təsdiq edib. Onların arasında 12 dünya çempionu da qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]