Karateçilərimiz Xorvatiyada keçirilən Qran-Pri turnirində medalların sayını altıya çatdırıblar
Bakı, 19 mart, AZƏRTAC
Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində Azərbaycan karateçiləri üçü qızıl, biri gümüş, biri bürünc olmaqla daha dörd medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, 18-20 yaşlı gənclər arasında Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq), Abbas Dadaşov (84 kq) Qran-Pri yarışının qalibi olub. Nuran Rzazadə (67 kq) gümüş, Namiq Quliyev (+84 kq) isə bürünc medal əldə ediblər. Bununla da, komandamızın əldə etdiyi medalların sayı altıya çatıb.
Qeyd edək ki, bundan əvvəl təmsilçimiz Veronika Qaşnikova (47 kq) 14-15 yaşlı yeniyetmələr arasında keçirilən yarışda qızıl medala yiyələnib.
Xatırladaq ki, Qran-Pridə 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandalarımız iştirak edirlər.
Turnirə 33 ölkədən 1769 idmançı qatılıb.