Karim Bellarabi 12 ildən sonra “Bayer” ilə yollarını ayıracaq
Bakı, 16 may, AZƏRTAC
Almaniyanın “Bayer” klubu cari mövsümün sonunda futbolçusu Karim Bellarabi ilə yollarını ayıracaq.
AZƏRTAC kluba istinadla xəbər verir ki, yayda futbolçu azad agent statusuna malik olacaq.
Yarımmüdafiəçi 2011-ci ildən Leverkuzen təmsilçisinin şərəfini qoruyur. Komanda ilə birgə 290 matça çıxan 33 yaşlı futbolçu 57 qol vurub və 66 məhsuldar ötürmə edib.
Futbolçu 2014-cü ildə Almaniya millisinə dəvət alıb. On oyunda meydana çıxan Karim Bellarabi 1 qolla yadda qalıb.
Xatırladaq ki, Bundesliqanın bitməsinə iki tur qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]