Karlo Ançelotti yenidən “Çelsi” klubuna başçılıq edə bilər
Bakı, 16 dekabr, AZƏRTAC
“Çelsi” futbol klubunun sabiq baş məşqçısı Karlo Ançelotti bu qış yenidən London klubuna qayıda bilər.
AZƏRTAC xəbər verir ki, “Daily Record” nəşrinin yazdığına görə, “Çelsi” klubunun sahibi Roman Abramoviç 58 yaşlı italiyalı mütəxəssislə görüşərək ona 2018-ci ilin fevral ayında kluba geri dönməyi təklif edib.
Hazırda “Çelsi” klubunun məşqçisi digər italiyalı mütəxəssis Antonio Kontedir. Klub ötən mövsüm onun rəhbərliyi ilə İngiltərə çempionu olub. “Çelsi” hazırda İngiltərə çempionatında 35 xalla üçüncü yerdədir və turnir cədvəlinin lideri “Mançester Siti” klubundan 14 xal geri qalır.
Xatırladaq ki, Ançelotti “Çelsi” klubuna 2009-2011-ci illərdə başçılıq edib. Komanda 2009-2010-cu il mövsümündə İngiltərə çempionu olub və ölkə kubokunu qazanıb. Karlo Ançelotti, həmçinin İtaliyanın “Parma” (1996-1998), “Yuventus” (1999-2001) və “Milan” (2001-2009) komandalarında, Fransanın PSJ (2011-2013), İspaniyanın “Real” (2013-2015) və Almaniyanın “Bavariya” (2016-2017) klublarında məşqçilik fəaliyyəti göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]