İQTİSADİYYAT
“KASPİ YILDIZ”IN MƏHSULLARI AVROPA STANDARTLARINA UYĞUNDUR
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, burada 1-500 kiloqram tutumu olan yanğınsöndürən cihazlar, yanğın dəsti, bir və ikiqapılı yanğın qutuları buraxılır. Müəssisə Azərbaycanda fəaliyyət göstərən “Consolidated Contractos İnternational Co.Sal”, “LUKoyl”, “Coca-cola”, “Azercell”, “Bakcell”, “Azfen” və digər xarici firmalarla, ARDNŞ, “AZAL” aviaşirkəti, ”Azpetrol”, Xəzər Dəniz Gəmiçiliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla sıx əməkdaşlıq edir. Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın istehlak bazarlarında özünə yer tutmuşdur. Müəssisənin məhsulları Avropa standartlarına uyğundur. Sadalanan mallar həmçinin Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin lisenziyası və sertifikatını da almışdır.
Müəssisədən alınan avadanlıqlara bir il təminat verilir, müntəzəm olaraq pulsuz baxış keçirilir və xidmət göstərilir. Bunlarla yanaşı, müəssisə tərəfindən yanğınla əlaqədar bütün sistemlərin və avadanlıqların quraşdırılması da həyata keçirilir.