Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tələbələr istehsalat təcrübəsi keçiblər
Bakı, 13 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin və Azərbaycan Tibb Universitetinin kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri bir sıra laboratoriyalarda istehsalat təcrübələri keçiblər. Onlara laboratoriyalarda əyani olaraq təcrübələri izləmək imkanı yaradılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasında yodometrik metodla Cu2+ ionlarının təyini prosesi ilə tanış olublar. Onlara Funksional qeyri-üzvi maddələrin termodinamikası laboratoriyasında isə ME520TA metaloqrafik mikroskopun işləmə prinsipi haqqında məlumat verilib. Tələbələr əyani olaraq bir sıra nümunələri mikroskopla tədqiq ediblər.