Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kataloniya referendumu: “Qoca qitə” dilemma qarşısında

Kataloniya referendumu: “Qoca qitə” dilemma qarşısında

İspaniyanın Kataloniya əyalətində müstəqillik barədə referendum keçirilməsi Avropada cavabsız suallar meydana gətirib. Mütəxəssislər baş verən hadisələrin müxtəlif səbəblərini göstərirlər. Onlar məsələyə daha çox Avropada siyasi-ideoloji situasiyanın kəskinləşməsi və faktiki olaraq, bu sahədə böhranın yaranması aspektində yanaşırlar. Vurğulanır ki, Aİ-də mövcud siyasi elita cəmiyyətə nəzarət edə bilmir. Özü başqalarına demokratiya dərsi keçir, daxilində nəinki antidemokratik davranır, hətta sərt zorakılığa belə əl atır. Bu, nəyi ifadə edir? İkili standartımı? Bəlkə, ümumiyyətlə, Avropada demokratiya tənəzzülə uğrayır? Bu kimi sualları mütəxəssislər qaldırır. Cavablar fərqlidir. Lakin onların böyük əksəriyyəti “Qoca qitə”nin siyasi, ideoloji, mənəvi və geosiyasi böhrana düçar olduğu tezisini qəbul edirlər. Bu problemlərin işığında Kataloniya referendumuna təhlili nəzər salmağa ehtiyac görürük.

Mürəkkəb seçim: parçalanma, yoxsa inteqrasiya?

İspaniyanın tarixi Kataloniya bölgəsindəki referendum bütün Avropanı silkələyir. Katalonlar özlərini ispan hesab etmirlər. Hazırda onlar millət kimi rəsmən tanınıb. Onların öz muxtar qurumları var. Katalonlar Fransada da yaşayırlar. Bütövlükdə Kataloniya həmişə müstəqil dövlət olmağa can atıb. Son olaraq, 2014-cü il aprelin 13-də İspaniya parlamenti Kataloniyaya müstəqilliklə bağlı referendum keçirməyi qadağan edib. 2014-cü ilin noyabrın 9-da katalonlar arasında keçirilən sorğuda isə respondentlərin 80%-i müstəqilliyə “hə” deyib. Nəhayət, qoyulan qadağalara, tətbiq edilən zorakılığa baxmayaraq, katalonlar 2017-ci il oktyabrın 1-də referendum keçiriblər.

Müstəqillik referendumunda 2 milyon 200 min insan iştirak edib. Onların əksəriyyəti - 90%-i İspaniyadan ayrılmağın lehinə səs verib. İspaniya polisi prosesə çox sərt müdaxilə edərək yüzlərlə insanı həbsə atıb. Bütövlükdə 800-dən çox adam xəsarət alıb. Barselonanın küçələrində toqquşmalar xeyli davam edib. Hətta katalonlar səsvermə qutularını ələ keçirərək daha təhlükəsiz yerlərdə səs veriblər. Lakin mərkəzi hakimiyyət referendumun qadağan olunduğunu və baş tutmadığını bəyan edib. Buna görə də onun nəticələrinin tanınmasından söhbət gedə bilməz.

Maraqlıdır ki, mütəxəssislər Kataloniya hadisələrini ümumən Avropadakı siyasi-ideoloji situasiya ilə əlaqələndirirlər. Kataloniya referendumunun səbəblərinə gəldikdə isə, heç də bütün ekspertlər katalonları qınamır. Onların bir qismi hesab edirlər ki, Avropada hazırda siyasi-ideoloji böhran yaşanır. İnsanlar mövcud siyasi elitanı qəbul etmir, buna görə də müxtəlif formalarda etirazlarını bildirirlər. Bunun əyani təzahürü kimi Avropanın bir neçə aparıcı dövlətində sağçı partiyaların getdikcə daha çox nüfuz qazanması göstərilir. O cümlədən Almaniyada ifrat sağçı qüvvələrin parlamentə düşməsi bu faktorla izah edilir.

Həmin prizmadan baxdıqda, Kataloniyada referendumun keçirilməsinin İspaniyanın daxilindəki sosial-iqtisadi problemlərdən qaynaqlandığını söyləmək mümkündür. Baş nazir Mariano Raxoy hökuməti sosial-iqtisadi çətinliklərin xeyli hissəsini aradan qaldıra bilməyib. İspaniya Aİ-də daha dərin iqtisadi və maliyyə böhranı keçirən ölkələrdən biridir.

Buna baxmayaraq, ekspertlər Kataloniyada həyat səviyyəsinin yüksək olduğunu vurğulayırlar. Hər bir halda onlar İspaniyanın digər əyalətləri ilə müqayisədə daha çox inkişaf ediblər. Bu faktordan çıxış edərək, Barselonadakı hadisələrin kənardan qızışdırıla biləcəyi haqqında fikir irəli sürürlər. Dünya sanki getdikcə daha geniş miqyasda separatizm xəstəliyinə düçar olur. Həmin müstəvidə Kataloniyadakı referendumun mümkün geosiyasi nəticələri haqqında indidən proqnozlar verilir (bax: məs., Ripples from Catalan referendum could extend beyond Spain / “theguardian.com”, 2 oktyabr 2017).

Böyük Britaniyanın “The Guardian” nəşri vurğulayır ki, Kataloniya referendumu bütövlükdə Avropa İttifaqında “yeni separatçılıq dalğası yarada bilər” (bax: əvvəlki mənbəyə). Məsələ Aİ üçün iki aspektdən aktual və düşündürücüdür. Birincisi, avropalı ekspertlər sual edirlər ki, İspaniya hökumətinin davranışları nə dərəcədə demokratik prinsiplərə uyğundur. İkincisi, separatizmin bütün Avropaya yayılması üçün siyasi, iqtisadi, sosial, mədəni və ideoloji zəmin mövcuddurmu?

İkili standartlar: başqalarına ağıl öyrədənlərin çətin vəziyyəti

Avropalılar Belçikanın baş naziri Şarl Mişelin bir fikrini nümunə kimi göstərirlər. O, Twitter-də yazıb: “Zorakılıq heç zaman cavab olmayacaq”. Yəni İspaniya mərkəzi hökumətinin tətbiq etdiyi polis gücü Avropanın demokratik dəyərlərinə uyğun deyil. Lakin rəsmi Madridi heç kim ciddi şəkildə qınamır, onun bu cür davranışları etməməsini tələb etmir. Nəticədə, ekspertlərə görə, Avropada separatizmin qarşısının alınması üçün bütün vasitələrdən istifadə etməyə yaşıl işıq yandırıldığını qeyd etmək mümkündür. Bu da o deməkdir ki, BMT-nin Nizamnaməsində yer almış sivil üsulla öz müqəddəratını təyinetmə hüququna “Qoca qitə”də əməl etmək fikrində deyillər.

Təbii ki, bu cür yanaşma başqalarına ağıl öyrətməyə çalışan Qərb üçün bir qədər təəccüblüdür. Ancaq mütəxəssislər burada bir sıra maraqlı məqamları vurğulayırlar. Həmin məqamlar yuxarıda bizim qoyduğumuz ikinci suala cavabla bağlıdır. Məsələ ondan ibarətdir ki, avropalı analitiklər və ekspertlər siyasi-ideoloji sahədə ciddi problemlərin mövcudluğundan bəhs edirlər. Əslində, Avropada separatçılıq hansısa ölkəni parçalamaq üçün genişlənmir. Almaniyada, İtaliyada, Fransada, Belçikada və başqa Aİ ölkələrində insanlar daha çox mövcud idarəetmə üsuluna qarşı çıxırlar. Onlar siyasi elitanın dəyişməsini tələb edirlər. Konkret desək, Avropada hakim sağ və sol mərkəzçi partiyaların cəmiyyətlərdəki vəziyyətə real olaraq nəzarət edə bilmədiyindən danışmaq olar (bax: əvvəlki mənbəyə).

Bunun nəticəsində hər iki düşərgədə radikal və ifrat ideoloji konseptlərə maraq artır. Xüsusilə gənclər ultramillətçi ideoloji elementlərin təsiri altına düşürlər. Bu prosesi İtaliyada, Avstriyada, Belçikada, Almaniyada, Hollandiyada müşahidə etmək mümkündür. Təbii ki, bu dalğa siyasi proseslərə təsirsiz ötüşmür. Ona müxtəlif reaksiyalar olur. Separatizmin alovlanması da həmin reaksiyalardan biridir. Onda Aİ çərçivəsində meydana xeyli sayda hüquqi, siyasi və mənəvi problemlər çıxır. Çünki özünü göstərən radikalizmin qarşısının hansı demokratik üsulla alınması məsələsi açıq qalır.

Buna görədir ki, Brüssel, faktiki olaraq, İspaniya hökumətinin atdığı sərt addımlara qarşı loyal davranır. Əgər bu hadisələr hər hansı müsəlman ölkəsində olsaydı, indi Qərbdə əməlli-başlı kampaniya aparılardı. Həmin müsəlman ölkəsini dünyanın bütün günahlarını işlətməkdə ittiham edərdilər. Və tələb edərdilər ki, separatçıların hüquqlarını təmin etsinlər. Əks halda, müsəlman ölkəsi antidemokratik adlandırılacaq, onun başçısına diktator, tiran, müstəbid damğası vurulacaqdı və s. Bunu təsdiq edən kifayət qədər dəlil-sübut vardır.

Bunlarla yanaşı, Kataloniya referendumu fonunda məsələnin başqa geosiyasi məqamları da maraqlıdır. Aydın görünür ki, dünyanın müxtəlif regionlarında separatizm dalğası getdikcə güclənir. Bunun əsas səbəblərindən biri də illərdir həll edilməyən Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq təşkilatların, böyük dövlətlərin, vasitəçi kimi çıxış edənlərin ikili standartlarla yanaşmasından və biganəliyindən ibarətdir. Çünki uzun müddətdir ki, erməni separatizmi və terroru Avropanın, Asiyanın müəyyən paytaxtlarından dəstək görür, hətta milyonlarla maliyyə yardımı alır, başqa regionlardakı separatçılar da bundan ruhlanırlar. Eyni dəstəyin onlara da göstərilməli olduğuna dərindən inanırlar.

Budur, Yaxın Şərqdə, Avropada, Asiyanın bir sıra ölkələrində separat tələblər getdikcə yüksəlir. Bu gün İspaniyadır, sabah Almaniya, yaxud Fransa ola bilər, Rusiya və ya Çində separatizm baş qaldırar, İran silkələnə bilər. O zaman, indi İspaniya necə separatizmə nifrət edirsə, sadalanan ölkələr də eyni əhval-ruhiyyədə olacaqlar. Onlar öz ərazi bütövlüklərini qorumaqda tam qərarlıdırlar.

Ancaq onda gec olmayacaq ki? Həm də əgər siyasətdə ədalətli olmursansa və ikili standartlarla hərəkət edirsənsə, onun zərəri qayıdıb özünə dəyməli deyilmi? Belə çıxır ki, Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulmasına göz yumanlar, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikili mövqe tutanların özləri eyni situasiya ilə qarşılaşmalıdırlar.

Uduzan isə hər kəs ola bilər. Ümumiyyətlə, milli dövlətçilik fəlsəfəsinin böhrana düşə biləcəyi təhlükəsi yaranır. Ola bilər ki, o mərhələdə hətta böyük dövlətlər sırasında Bakıdan vasitəçi olmağı xahiş edənlər tapılsın!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib