Kaya Kallas İrandan nüvə proqramı üzrə danışıqlara başlamağı tələb edib
Bakı, 2 iyul, AZƏRTAC
İran nüvə proqramına son qoyulması üzrə danışıqları dərhal bərpa etməlidir.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu tələbi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı səsləndirib.
“İran Tehranın nüvə proqramına son qoyulması üzrə danışıqlara mümkün qədər tez başlamalı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı bərpa etməlidir”, - deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
Kaya Kallas, həmçinin Brüsselin İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığın bərpasına yardım etməyə hazır olduğunu bildirib.
Bir müddət öncə Abbas Əraqçi Vaşinqtonun İrana hücum etməyəcəyinə zəmanət verdikdən sonra Tehranın nüvə sazişi üzrə danışıqları bərpa edəcəyini deyib. O əlavə edib ki, uranın zənginləşdirilməsi üzrə elmi bilikləri və texnologiyaları bombalamaqla məhv etmək mümkün deyil və Tehran bu sahədə itkilərini bərpa etməyə qadirdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]