Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzində heyvandarlığın inkişafına həsr olunmuş təlim keçirilib
Tərtər, 11 mart, AZƏRTAC
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzində heyvandarlığın inkişafına həsr olunmuş təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər heyvandarlıqla məşğul olan fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin baş zootexniki Süleyman Məmmədov və aparıcı zootexnik Flora Ələsgərova “İribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, damazlıq işlərinin təşkilində süni mayalanmanın rolu” və “İribuynuzlu heyvanlarda invazion xəstəliklərinə qarşı mübarizə tədbirləri” mövzularında fermerlərlə söhbətlər ediblər.
Təlim zamanı müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]