Keniyalı nümayəndə icma planlaşdırılmasında gender aspektlərini nəzərə almağa çağırış edib
Bakı, 20 may, AZƏRTAC
Keniyalı nümayəndə Oçor Morsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən şəhər dairələrinin və yaşayış məntəqələrinin planlaşdırılmasında inklüzivlik məsələlərinə həsr olunmuş panel müzakirələrində çıxış edib.
AZƏRTAC xəbər verir ki, keniyalı nümayəndə müzakirə zamanı şəhər infrastrukturunun inkişafının qadınların, gənclərin və sosial cəhətdən həssas qrupların ehtiyaclarını nəzərə almalı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, inklüziv şəhər inkişafı təhlükəsizliyə, ictimai məkanların əlçatanlığına və dayanıqlı urbanizasiyaya töhfə verir. Oçor Morsi, həmçinin ərazi planlaşdırılması və şəhər inkişafı ilə bağlı qərarların qəbul edilməsində yerli icmaların iştirakının vacibliyini qeyd edib.
Müxbir – Vüqar Seyidov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [12:31]
WUF13-ün iştirakçısı: Bakıda şəhərsalma işləri yüksək səviyyədə görülüb
- 20.05.2026 [12:29]
Şəbəkə sənəti WUF13 iştirakçılarının marağına səbəb olub
- 20.05.2026 [12:21]