Kərim Benzema “Real”ın heyətində La Liqada ən çox qol vuran üçüncü futbolçudur
Bakı, 18 aprel, AZƏRTAC
“Real Madrid” klubunun futbolçusu Kərim Benzema üçün La Liqanın 32-ci turunda “Sevilya” ilə matç (2:3) əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı hücumçu sözügedən görüşün 90+2-ci dəqiqəsində fərqlənib. Bununla da o, Madrid təmsilçisinin heyətində La Liqada 217-ci qolunu vurub. Benzema belə nəticə ilə Alfredo di Stefanonu geridə qoyaraq klubun oyunçuları arasında yerli çempionatda ən çox qol vuran 3-cü futbolçu olub.
Bu göstərici üzrə rekord Kriştiano Ronaldoya məxsusdur - 311 qol. İkinci yerdə isə 228 qolla Rauldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]