“Keşlə” klubu Topaz Premyer Liqasını qələbə ilə başa vurub
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də futbol üzrə Topaz Premyer Liqasının sonuncu - XXVIII turuna “Səbail”-“Keşlə” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “ASCA Arena”da keçirilən oyun autsayderin qələbəsi ilə yekunlaşıb - 4:1.
“Keşlə”nin heyətində Andre Klenno, Edvinas Girdvainis, Samir Məsimov və Conatan Ayite fərqləniblər. “Səbail”in qolunu isə Oke Akpoveta vurub.
Qələbə ilə xallarının sayını 23-ə çatdıran “Keşlə” turnir cədvəlində sonuncu pillədə qurtula bilməyib. “Səbail” isə 41 xalla üçüncü pillədə yer alıb və ölkə çempionatının bürünc medalına sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]