Kir Starmer Co Baydenin səhhəti haqqında danışıb
London, 12 iyul, AZƏRTAC
Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda keçirilən NATO sammitində Co Baydenlə ikitərəfli görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Kir Starmer “BBC” telekanalına müsahibəsində Co Baydenin səhhəti haqqında sualı cavablandırıb. Müxbir Baş nazirdən Prezident Baydenin yaşı ilə bağlı zehni qabiliyyətinin azaldığını müşahidə edib-etmədiyini soruşub.
Kir Starmer jurnalistin sualına "yox" cavabını verib. O, ABŞ prezidentinin həqiqətən yaxşı formada olduğunu deyib. Baş nazir qeyd edib ki, bir saatlıq şəxsi danışıqlarda və Ağ Evdə NATO liderləri üçün şam yeməyində iştirak edərkən Co Baydenin əqli cəhətdən çevik olduğunu müşahidə edib.
Kir Starmer Co Baydenlə təkcə Ukrayna məsələsi ilə deyil, bir çox strateji və beynəlxalq məsələ ilə bağlı müzakirələr apardığını və Baydenin bütün təfərrüatlar haqqında məlumatlı olduğunu deyib. Baş nazir amerikalı həmkarının inanılmaz liderlik nümayiş etdirdiyini də əlavə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]