Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi məlum olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət komandaların Avropa Həndbol Federasiyasının (EHF) kuboku uğrunda yarışlarında 2022-2023-cü il mövsümünə start verilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitə miqyaslı turnirdə ölkəmizi təmsil edəcək “Bakı” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Artıq Azərbaycan çempionunun rəqibi də məlumdur. Bu komandanın adı Bosniya və Herseqovinanın “Qraçanisa” və Kosovonun “Kastrioti” komandalarının oyunlarında müəyyənləşib.
İki raundluq mübarizənin hər iki görüşünü 36:22 hesablı qələbə ilə başa vuran Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Bakı” və Qraçanisa“ komandalarının oyunları oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılır.
Oyunların məkanı iki klub arasındakı razılaşmaya əsasən müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]