Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, sonuncu - IX turda Serbiya ilə qarşılaşan yığma rəqibinə 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı öz rəqiblərinə uduzublar, yeganə qələbəni isə Eltac Səfərli qazanıb. Millimiz yarışı 13 xalla ikinci pillədə tamamlayıb.
Qitə çempionu adına isə Ukrayna millisi sahib çıxıb. Serbiya komandası bürünc medalla kifayətlənib.
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi isə Avropa çempionatını medalsız başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]